lider-media.az

Ötən gün 52 cinayətin üstü açılıb

Baxış: 21366 Tarix: 5-11-2025, 10:47

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 4-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
Axtarışda olduğuna görə ümumilikdə 143, o cümlədən borclu şəxs qismində axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi