lider-media.az

İlk dəfə kosmosda ət və toyuq qızartdılar - Video

Baxış: 23245 Tarix: 5-11-2025, 09:54

ilk-defe-kosmosda-et-ve-toyuq-qizartdilar

Çinin Yer orbitində qurduğu Tienqonq Kosmik Stansiyasına göndərilən taykonavtlar komandası stansiyada quraşdırılmış sobadan istifadə edərək, kosmosda ilk dəfə ət və toyuq qızardıblar.

Çin Astronavtlar Mərkəzi taykonavtlar komandasının orbitdə yemək bişirdiyinin görüntülərini paylaşıb.

Kadrlarda “Sincan-20” və “Sincan-21” kosmik gəmiləri tərəfindən daşınan taykonavtların Tienqonq Kosmik Stansiyasında quraşdırılmış sobadan istifadə edərək ilk dəfə orbitdə toyuq qanadları və ət qızartdığı göstərilir.

Çin Kosmik Stansiyası rəsmiləri sobanın orbitdəki taykonavtların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hazırlandığını və tüstüsüz bişirmə xüsusiyyəti sayəsində kosmik stansiya standartlarına uyğun işlədiyini bildiriblər.

Rəsmilər orbitdəki qida çeşidinin 190-dan çox olduğunu və təzə tərəvəz, tort və ət kimi məhsulların artıq bişirilə biləcəyini qeyd ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi