lider-media.az

Noyabrın 5-də gözlənilən hava şəraiti

Baxış: 23152 Tarix: 4-11-2025, 13:13

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi