lider-media.az

Milli Observatoriya QHT nümayəndələri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim təşkil edib

Baxış: 21131 Tarix: 4-11-2025, 13:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim təşkil edilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsinə yönələn təlimdə qeyd edilən sahə üzrə fəaliyyət göstərən 20 QHT-dən 20-dən çox nümayəndə iştirak edib.

Təlim proqramı çərçivəsində iştirakçılara korrupsiyaya qarşı mübarizə üzrə milli və beynəlxalq hüquqi çərçivə, bu sahədə tətbiq olunan mexanizmlər, ictimai iştirakçılığın rolu və QHT-lərin bu prosesdəki funksiyaları barədə geniş məlumat verilib.

Eyni zamanda, təlim iştirakçıları praktiki nümunələr əsasında korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmalarla tanış olublar.

Təlim vətəndaş cəmiyyəti institutları arasında korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericilik barədə məlumatlılığın artırılması və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi