lider-media.az

Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib

Baxış: 211 061 Tarix: 3-11-2025, 20:38

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

Görüşdə Agentliyin fəaliyyət sahələri, məşğulluq proqramları və sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görülən işlərdən bəhs olunub.  

Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarını qurmalarına dəstək göstərilməsi də davam edir. Eyni zamanda, sakinlərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi işləri də aparılır ki, bu da onların əmək bazarına çıxış imkanlarını artırır.

Agentliyin icra etdiyi “İşəgötürənlərlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının da sakinlərin işlə təminatında önəmli rolu qeyd edilib.

Görüşdə doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub, onların sualları cavablandırılıb,  təklifləri dinlənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi