lider-media.az

İqtisadiyyat nazirinin birinci müavini Qırğız Respublikasına səfər edib

Baxış: 233 Tarix: Сегодня, 16:14

Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyəti çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində işlər müzakirə edilib.

İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının sədri Elnur Əliyevi Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının 6-cı iclası keçirilib. Tədbirdə hər iki tərəfdən Fondun Şurasının üzvləri və İdarə Heyətinin həmsədrləri iştirak ediblər.

Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, dövlətlərimizin başçıları tərəfindən iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.

Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq və iqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. 2024-cü il 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış əlavə sazişə əsasən, Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.

Hazırda Fond ümumi dəyəri 52,7 milyon ABŞ dolları olan 4 investisiya layihəsinə 14,4 milyon ABŞ dolları həcmində maliyyə ayırıb. Bunlar 9 MVt gücündə “Tyup HES” kiçik su elektrik stansiyası, “Tanar Group” sosial yaşayış kompleksi daxilində çoxfunksiyalı mərkəz, “KG Tex” 300 iş yerlik tikiş fabriki və “Orion Grand” kovrolin istehsalı zavodu layihələridir.

İclasda gündəlikdə duran məsələlər, Fondun fəaliyyətini tənzimləyən sənədlər və  reallaşdırılacaq layihələr müzakirə olunub.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan–Qırğız İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə yerində tanış olub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfər çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkovla görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin inkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan və Qırğız Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və iqtisadi əlaqələr bu əməkdaşlığın mühüm istiqamətini təşkil edir. Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyəti və həyata keçirilən layihələrin tərəfdaşlığımızın möhkəmlənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib. Sənaye, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ticarət dövriyyəsinin artırılması, investisiya axınlarının stimullaşdırılması, sənaye kooperasiyası və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi