lider-media.az

Vəkillər Kollegiyasının sədri Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfransda çıxış edib

Baxış: 324 Tarix: Вчера, 22:21

DİN-in Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi, Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, DİN-in Şəxsi Heyətlə İş İdarəsi, DİN-in Mətbuat Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutu, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları qonaq qismində iştirak ediblər.


Tədbir iştirakçıları tərəfindən Akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, videoçarx nümayiş etdirilib.


Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb, onun məqsədi barədə fikirlərini bildirib. C.Daanov dövlətimizin gələcək inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.


Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Sədr bildirib ki, bu il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsindəki qazanılan Zəfərinin 5 illiyini qeyd edilir. Sədr söyləyib ki, 5 il əvvəl məhz bu günlərdə xalqımız, dövlətimiz və ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək ədalətin bərpası naminə müqəddəs savaşa qalxmışdı. Bu Zəfər Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı ilə yanaşı, dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, hüquqşünasların və bütün azərbaycanlıların milli iradəsinin nəticəsi idi.


Anar Bağırov diqqətə çatdırıb ki, Zəfərə aparan yol təkcə döyüş meydanlarında deyil, beynəlxalq hüquq müstəvisində də gedən uzun və prinsipial mübarizədən keçirdi. Azərbaycan dövləti 30 il işğal dövründə daim BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək dinc yolla torpaqlarının azad edilməsinə çalışdı. Lakin bu siyasi-hüquqi səylər Ermənistanın qeyri-qanuni işğal siyasətinə son qoymadı. Nəhayət, 44 günlük Vətən müharibəsində dövlətimizin suveren hüquqları hərbi-siyasi gücümüzlə təmin olundu, beynəlxalq hüququn ədalət prinsipi real təcəssümünü tapdı.


Bu milli həmrəyliyin içərisində Vəkillər Kollegiyasının da üzvlərinin olduğunu vurğulayan sədr deyib ki, II Qarabağ müharibəsində 9 vəkil birbaşa döyüş meydanında iştirak edib. Bu, vəkilliyin yalnız hüquqi deyil, həm də vətəndaşlıq borcunu daşıyan bir missiya olduğunu bir daha göstərdi.


Eyni zamanda tədbir iştirakçıları çıxışlarında Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu, bu günün milli qürur, vətənə sevgi və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümü olduğunu vurğulayıblar.


Tədbirin sonunda Zəfər gününə həsr olunmuş “Qarabağ Zəfəri: Xalqın qəhrəmanlıq salnaməsi” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.







 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi