lider-media.az

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Baxış: 43362 Tarix: 1-11-2025, 11:30

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2025-ci il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi