lider-media.az

DYP-dən sürücülərə çağırış

Baxış: 23406 Tarix: 1-11-2025, 10:40

Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin yüksəlməsinə səbəb olur. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd edilib ki, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir. Bu cür halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edib:

"Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hərəkət zamanı hava şəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdə fasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.

Unutmayın – yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi