Oktyabrın 31-də Xəzər rayonunun Zirə qəbiristanlığında Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Əliyev Mikayıl Atababa oğlunun dəfn mərasimi keçirilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, qohumları Xəzər və Nizami Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə və Daxili İşlər Nazirliklərinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun əldə etdiyi möhtəşəm Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ torpaqlarının erməni işğalçılarından tamamilə azad edilməsi, ölkəmizin suverenlik və ərazi bütövlüyünün tamamilə bərpa olunması, uzun illərin həsrətindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışından bəhs edib və bu yolda şəhid olanların hər birinin xatirəsinin əziz tutulduğunu vurğulayıblar.İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklilər qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Əliyev 1968-ci il oktyabrın 31-də paytaxtın Nizami rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Mikayıl Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək dünən dəfn olunan beş şəhiddən biridir.

.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

İtkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması mühüm və təxirəsalınmaz vəzifədir
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Xocalının Vətən Müharibəsi Şəhidləri
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb