ŞAHBAZOV Yavər Əlibala oğlu 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində doğulmuşdur. 1981-ci ildə Alekseyevka kənd orta məktəbinin birinci sinfinə getmişdir. Hazırcavablığı ilə müəllimlərinin, şagird dostlarının hörmətini qazanmışdı. O, dərslərinə xüsusi diqqət yetirirdi. 1991-ci ildə orta mətəbi bitirdikdən sonra Şamaxı Mədəni-Maarif Texnikumuna daxil olur. Yavər ermənilərin torpaqlarımızı zəbt etməsindən çox narahat idi. Soydaşlarımızın öz doğma yurdlarından didərgin salınması onun qəlbini göynədirdi. Torpaqlarımızı qorumaq üçün əsgərlik vaxtının çatmasını səbirsizliklə gözləyirdi. Nəhayət, 8 iyun 1994-cü ildə o, öz arzusuna çatdı, Milli Ordu sıralarında xidmətə başladı. Heç ağlına da gətirməzdi ki, düşmənlə deyil özümüzünkülərlə üz-üzə duracaq. 1995-ci il martın 13-ü… Dövlət çevrilişinə cəhd… Qurbanlar bahasına qazanılmış müstəqilliyimizə, suverenliyimizə yönəldilmiş bu mənfur niyyətin qarşısının alınmasında Yavər də iştirak edirdi. Yavər Şahbazov qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas etmək üçün irəli atılaraq bir neçə yaralını xilas etdi. Özü isə bu qarşıdurmada həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Alekseyevka kəndində dəfn edilmişdir.
Alekseyevka kənd orta məktəbi hazırda Qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulmuşdur. 2003-cü ildə isə Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılmışdır.


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Xocalının Vətən Müharibəsi Şəhidləri
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb