Bəzi hallarda xaricə səfər etmək üçün vizaların alınması, məhkəmə prosesləri və digər sosial məsələlərlə bağlı ölkə üzrə fiziki və hüquqi şəxslərin adına daşınmaz əmlakın mövcudluğu barədə arayışın təqdim olunması tələb olunur. Bu arayış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həm elektron, həm də kağız formasında təqdim edilir.
Mülkiyyətində olan daşınmaz əmlak barədə arayışı əldə etmək üçün fiziki şəxslərdən şəxsiyyət vəsiqəsi, doğum haqqında və əgər mövcuddursa nikah haqqında şəhadətnamə, hüquqi şəxslərdən isə notarial qaydada və ya hüquqi şəxs tərəfindən təsdiq olunmuş etibarnamə, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin skan edilmiş versiyası tələb olunur.
Arayışı kağız formasında əldə etmək istəyən şəxslər tələb olunan sənədlərlə ASAN Xidmət mərkəzlərinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin yerli ərazi idarələrinə müraciət edə bilərlər.
Xidmətdən onlayn formada istifadə etmək üçün “www.e-services.economy.gov.az” Elektron Xidmətlər Portalına daxil olaraq “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətinə keçid olunur. Açılan pəncərədə məlumatlarını qeyd etməklə şəxsi kabinetinə daxil olub arayışın əldə edilməsi üçün müraciət göndərməlidir. Qeyd edək ki, elektron xidmətdən istifadə etmək üçün müraciət edən şəxslərə videotəlimat (https://www.youtube.com/watch?v=fSXJgD4lTzc ) təqdim olunub.
Arayış 15 iş günü ərzində hazırlanır və müraciət edən şəxsin kabinetinə yerləşdirilir. Xidmətin göstərilməsi üçün Tarif (Qiymət) Şurasının “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2023-cü il tarixli qərarına əsasən xidmət haqqı müəyyən olunub.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb