lider-media.az

Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 82 min reabilitasiya vasitəsi verilib

Baxış: 23372 Tarix: 29-10-2025, 12:48

494 hərbçi isə 612 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması işlərinin bir istiqaməti də həmin şəxslərin reabilitasiya vasitələri ilə təmin olunmasıdır.

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2371 şəxsə 82 min reabilitasiya vasitəsi verilib.

O cümlədən, müharibədə əzalarını itirmiş 494 hərbçi 612 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlər vasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər.

Eyni zamanda, həmin şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı da həyata keçirilib ki, nəticədə onlar idman oyunlarında daha sərbəst, rahat hərəkətlər edə bilirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi