lider-media.az

TBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olub

Baxış: 23277 Tarix: 28-10-2025, 20:32

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan oktyabrın 28-də Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Xankəndi şəhərinə gələn millət vəkili burada Zəfər meydanında və Qarabağ Universitetində olub. O, Xankəndidə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub, burada universitetin tələbələri ilə  söhbət edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, burada yaşayır, işləyir və təhsil alır.

Sonra Şuşaya gələn TBMM üzvünün şəhərlə tanışlığı Şəhər Meydanından başlayıb. Qonağa Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra Hasan Turan Yuxarı Gövhərağa məscidi ilə  tanış olub, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıb.

TBMM-in deputatı  Xankəndi və Şuşa şəhərlərində olubTBMM-in deputatı  Xankəndi və Şuşa şəhərlərində olubTBMM-in deputatı  Xankəndi və Şuşa şəhərlərində olubTBMM-in deputatı  Xankəndi və Şuşa şəhərlərində olub




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi