lider-media.az

İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

Baxış: 44210 Tarix: 28-10-2025, 20:20

İlham Əliyev Zəngilan şəhərində  104 mənzilli yaşayış  kompleksində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.

Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi