lider-media.az

Oktyabr çağırışının gedişatı müzakirə olundu 

Baxış: 23169 Tarix: 28-10-2025, 12:59

oktyabr-cagirisinin-gedisati-muzakire-olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.

Dövlət Xidməti tərəfindən 2025-ci ilin oktyabr çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 16 dövlət qurumu təmsil olunur.









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi