lider-media.az

Qürurla anırıq

Baxış: 21141 Tarix: 27-10-2025, 11:12

Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub.1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib.

Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib. Rafael Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olub.

Rafael Əsədov 1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli olub. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli 202 saylı Fərmanı ilə Rafael Əvəz oğlu Əsədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi