lider-media.az

Prezident Ilham Əliyev Sərəncam imzalayıb

Baxış: 1 139 Tarix: 16-05-2024, 20:30

Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:

Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əliyeva Afət Əlixan qızı

Əliyeva Gülşən Şəfa qızı

“Tərəqqi” medalı ilə

Abdullayev Məhəmməd İzzət oğlu

Aslanov Ceyhun Xeyrulla oğlu

Ələkbərov Rüfət Nazim oğlu

Əliyeva Ülviyyə Kamal qızı

Həsənova Ayan Hümmət qızı

Kərimov Rəşad Əziz oğlu.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.


Bakı şəhəri, 16 may 2024-cü il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi