Qarabağ Universitetində “Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin rəsmi açılışı olub. Layihənin əsas məqsədi təhsil sistemində “yaşıl elmin” inteqrasiyasını genişləndirməklə elmi innovasiyaların inkişafına və ekoloji dayanıqlılığa töhfə verməkdir.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi” mövzusunda qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə tərəfdaşlığı ilə icra olunur. Tədbirdə Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin rəsmi şəxsləri iştirak ediblər. Çıxış edənlər Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri və “yaşıl enerji” layihələrindən danışıblar.
Elm və biznes sektorunda innovasiyaya əsaslanan “yaşıl keçid”i dəstəkləyən təşəbbüs kimi layihə “Yaşıl elm” icmasının üzvlərinin şəbəkələşməsi, resurs mübadiləsi, mentorluq və təcrübə paylaşımı üçün onlayn əməkdaşlıq platformasının yaradılmasını nəzərdə tutur.
İki gün davam edəcək elmi-praktik konfransın məqsədi Qarabağ bölgəsinin ekoloji vəziyyətinə, ekoterrorizm, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, sağlamlıq və enerji problemlərinə elmi yanaşmanı təşviq etmək, həmçinin bu istiqamətdə tədqiqat və innovasiyaları dəstəkləməkdir.
Tədbir çərçivəsində COP29 konfransı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə hazırlanmış “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” adlı nəşr Qarabağ Universitetinə hədiyyə olunub.
Konfransda iqlim dəyişiklikləri və ətraf mühitin qorunması mövzusunda maarifləndirici videomateriallar nümayiş etdirilib. Növbəti gün Türkiyə və Çin ekspertlərinin iştirakı ilə bitkilərin mühafizəsi mövzusunda müzakirələr və master-klaslar təşkil ediləcək.



Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb