lider-media.az

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Baxış: 41391 Tarix: 24-10-2025, 15:20

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Ağalarov Həmid Azər oğlu,

Hümbətov Fəhmin Zaur oğlu,

Qasımov Vidadi Kamal oğlu,

Mədətli Fərid İlham oğlu,

Sevdimalıyeva Günel Arif qızı.

 

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri           

Sahibə Qafarova

Bakı şəhəri, 24 oktyabr 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi