lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 44110 Tarix: 23-10-2025, 18:35

“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Agentliyin nizamnamə fondu bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin qurumların öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait, habelə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin mövcud nizamnamə fondu və bölüşdürülməmiş mənfəəti hesabına formalaşdırılır;”;

1.2. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.4. bu Fərmanın 3.2-1-ci bəndi nəzərə alınmaqla, 2026-cı ildən başlayaraq Agentliyin saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə vəsait nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi