lider-media.az

Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib

Baxış: 23366 Tarix: 23-10-2025, 09:24

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları Sumqayıt şəhəri 22 saylı tam orta məktəbin, Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin, Lerik rayonunun Sivəkəran və Piran kənd məktəblərinin, Bərdə rayonu Əsman İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbinin, Mehdili və Xəsili kənd orta məktəblərinin, eləcə də Tərtər Peşə Məktəbinin şagirdləri ilə maarifləndirici görüşlər keçiriblər.
Tədbirlər zamanı uşaqlara ətraf mühitin qorunması, tullantıların çeşidlənməsi və təkrar emalın vacibliyi barədə məlumat verilib, sağlam ekoloji mühitin hər bir uşağın fundamental hüquqlarından biri olduğu vurğulanıb. Qeyd olunub ki, “sağlam ətraf mühitdə yaşamaq hüququ” uşaqların rifahı, təhlükəsizliyi və gələcəyi üçün mühüm təminatdır.
Maarifləndirmə görüşlərinin əsas məqsədi uşaqlarda təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ekoloji davranış mədəniyyətini formalaşdırmaq və tullantıların düzgün idarə olunmasının əhəmiyyətini aşılamaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi