lider-media.az

UNCTAD-ın 16-cı sessiyasında Azərbaycanın dayanıqlı iqtisadiyyatı, regional və qlobal ticarətin şaxələndirilməsində rolu barədə məlumat verilib

Baxış: 23207 Tarix: 23-10-2025, 08:47

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) 16-cı sessiyasında Azərbaycanın iqtisadi inkişafı, strateji coğrafi mövqeyi, regional və qlobal ticarətin şaxələndirilməsində rolu barədə məlumat verilib.

İsveçrənin Cenevrə şəhərində UNCTAD-ın 16-cı sessiyası keçirilib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev açılış mərasimində və sessiya çərçivəsində keçirilən müzakirələrdə iştirak edib.

Nazirin birinci müavini UNCTAD-ın 16-cı sessiyası çərçivəsində təşkil olunan üzv dövlətlərin milli mövqelərini ifadə etdikləri əsas müzakirə sessiyasında çıxış edərək, Azərbaycanın dayanıqlı və inklüziv iqtisadi inkişafı istiqamətində həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti, enerji, o cümlədən bərpaolunan enerji, rəqəmsal transformasiya, insan kapitalının inkişafı və digər sahələrdə reallaşdırılan layihələr barədə məlumat verib.

Bildirilib ki, öıkəmiz investorlar üçün tətbiq olunan güzəşt və təşviqlərlə biznes mühitini daha da yaxşılaşdırır. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir və onların çoxu öz mənfəətlərini investisiya kimi yenidən ölkəmizin iqtisadiyyatına yönəldirlər. Bu investisiyalar Azərbaycana xarici investorların və beynəlxalq tərəfdaşların yüksək etimadının və ölkədəki sabitliyin göstəricisidir.

Qeyd edilib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və qlobal ticarətin şaxələndirilməsində mühüm rol oynayır. Bu istiqamətdə Orta Dəhlizin əhəmiyyəti artır və Xəzər dənizindən keçərək Şərqdən Qərbə uzanan marşrut etibarlı və davamlı ticarət yollarından biri kimi tanınır, regional rifahın yüksəldilməsi, yeni investisiya, məşğulluq və inkişaf imkanları yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi