lider-media.az

Bir addım ehtiyatsızlıq – bir ömür peşmançılıq!

Baxış: 31183 Tarix: 22-10-2025, 15:24

Yollarda müşahidə olunan ən təhlükəli hallardan biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Bəzən insanlar yaxınlıqda yeraltı və ya yerüstü piyada keçidi olduğu halda, sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar. Bir anlıq tələskənlik, diqqətsizlik və ya səhlənkarlıq bir çox hallarda faciəvi nəticə ilə bitir.

Aparılmış araşdırmalar göstərir ki, piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Bu fakt bir daha göstərir ki, qaydalara əməl etmək sadəcə tövsiyə deyil, həyatın qorunması üçün zəruri şərtdir.

Unutmaq olmaz ki, əgər piyadanın qayda pozuntusu törətməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və bu hadisə insanın xəsarət almasına və ya ölümünə səbəb olarsa, bu artıq cinayət məsuliyyəti yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn payız-qış mövsümünü nəzərə alaraq bir daha piyadalara müraciət edir: Yolu yalnız piyada keçidlərindən keçin; Görünmə məhdud olduğu şəraitdə və qaranlıq vaxtı diqqətli olun, parlaq geyimlər geyinin; Qulaqlıqdan istifadə etməyin, yaxınlaşan avtomobillərin səsini eşidin.

Unutmayın: qaydalara əməl etmək sizin və ətrafınızdakı insanların həyatının təminatıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi