lider-media.az

Bakıda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin işçi görüşü keçirilib

Baxış: 21182 Tarix: 22-10-2025, 14:57

Bakıda Milli Müdafiə Universitetinin (MMU) və Gürcüstanın Milli Müdafiə Kollecinin STANAG komissiyaları arasında işçi görüşü keçirilib. 
MMU-nun Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə qonaqlara Xarici dil mərkəzinin tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim olunub. 
Nümayəndə heyətinin rəhbəri mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. 
İşçi görüşdə ingilis dilindən STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, NATO-nun standartlaşdırma sənədi olan STANAG üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələblərinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyən edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi