lider-media.az

Yaponiyanın Baş naziri Zati-aliləri xanım Sanae Takaiçiyə

Baxış: 44313 Tarix: 22-10-2025, 14:28

Hörmətli xanım Baş nazir,

Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2025-ci il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi