Tbilisidə V yubiley İpək Yolu Forumu işinə başlayıb. Tbilisi Opera və Balet Teatrında forumun rəsmi açılış mərasimi keçirilir.
Tədbirdə Gürcüstan, Azərbaycan və Ermənistanın Baş nazirləri – İrakli Kobaxidze, Əli Əsədov və Nikol Paşinyan iştirak edir. Hökumət başçıları açılış nitqləri ilə çıxış edəcəklər.
İ.Kobaxidzenin himayəsi altında təşkil olunan, əsas mövzusu və şüarı “Bağlantıya investisiya yatırmaq – Sabitlikdə inkişaf etmək” (“Invest in Connectivity – Grow in Stability”) olan builki Tbilisi İpək Yolu Forumuna 73 ölkədən 2 minə yaxın nümayəndə qatılıb. Tədbir yüksək vəzifəli siyasi xadimləri, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələrini, eləcə də regiondan kənar ölkələrin nazirlərini, aparıcı qlobal şirkətləri, beynəlxalq maliyyə institutlarını və ekspertləri bir araya gətirib.
İki gün davam edəcək forumun ilk günündə qlobal ticarət, nəqliyyat və logistika, Orta Dəhlizin inkişafı, energetika və rəqəmsal transformasiya mövzularında yeddi panel sessiyası təşkil olunacaq. Forum çərçivəsində sabah Tbilisi Maliyyə Sammiti keçiriləcək.
Qeyd edək ki, birinci Tbilisi İpək Yolu Forumu 2015-ci ildə baş tutub. Forum həm müxtəlif ölkələrin hökumətləri arasında dialoq, həm də dövlətlər, beynəlxalq təşkilatlar və biznes strukturları arasında çoxtərəfli əməkdaşlıq üçün yüksək səviyyəli beynəlxalq platforma kimi özünü təsdiqləyib.


Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?