lider-media.az

Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib

Baxış: 23251 Tarix: 21-10-2025, 11:12

Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib

Astanada Qazaxıstan–Azərbaycan biznes forumu çərçivəsində “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası baş tutub.

Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

İclasda iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın şaxələndirilməsi müzakirə edilib, yeni imkanlar raşdırılıb, bir sıra şirkətlərə təşəkkürnamələr təqdim olunub.Tədbir iştirakçıları Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığının genişlənməsi, Qazaxıstan biznesinin Azərbaycandakı fəaliyyəti və iki ölkə arasında yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar. Tədbirdə Azərbaycan–Qazaxıstan İşgüzar Şurasının biznes dairələri arasında əlaqələrin möhkəmlənməsində rolu vurğulanıb, Şuranın əvvəlki iclasından sonra əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri təqdim olunub.

Qeyd edək ki, tədbirin sonunda iclasın nəticələri ümumiləşdirilib və hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən 14 şirkət Qazaxıstan və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi