lider-media.az

Milli Qəhrəmanın doğum günüdür

Baxış: 32256 Tarix: 21-10-2025, 10:36

Azərbaycanın illi Qəhrəanı Elton İsgəndərov 21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1997-2008-ci illərdə doğulduğu kənddə orta təhsil almışdır. Elə həmin il Samux rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır.

Onun dünyaya gəlişi elə bir vaxta təsadüf edirdi ki… Bir tərəfdən Qanlı yanvar faciəsi, digər tərəfdən  isə Qarabağda erməni ordularının törətdikləri qatı  cinayətlər… Elton hələ lap gənc yaşından Vətəni qorumağı, şərəflə xidmət etməyi öyrənmişdi. Hərbiyə getdiyi ilk gündən  özünü nümunəvi əsgər kimi göstərərək əsgər və zabitlərin hörmətini qazanmışdı. Elton qısa müddət ərzində Sərhəd Qoşunlarında təlim keçdikdən sonra Cəlilabad rayonunun  Göytəpə şəhərindəki «N» saylı Hərbi Hissədə xidmətə başlamışdı. Təsadüfi deyil ki, xidmət etdiyi dövrdə Sərhəd Xidmətinin  Komandanlığı tərəfindən dəfələrlə ailəsinə “Təşəkkür məktubu” göndərilmiş, «Dövlət sərhədlərinin mühafizəsində göstərdiyi xidmətə görə» döş nişanı ilə təltif edilmişdi.

18 iyun 2009-cu il… Sərhəd məntəqəsində qəfildən bir  qrup sərhəd pozucuları görünür. Daim sərhədi göz bəbəyi  kimi  qoruyan əsgərlərimiz öz yerlərində möhkəm dayanmışdılar. Az  sonra sərhəd pozucuları yaxalandıqlarını hiss edib əsgərlərimizi  atəşə tuturlar. Güclü döyüş başlanır. Döyüşün həlledici anıydı. Cinayətkar dəstə sərhədçilərdən yaxa qurtarmağa çahşırdı.Elə bu an cinayətkarlardan biri sərhədçilərimizin cəmləşdiyi mövqeyə qumbara atır. Elton dərhal özünü partlayacaq qumbaranın  üzərinə atmaqla zabit və əsgər yoldaşlarını ölümün pəncəsindən  xilas edir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu tarixli 349 saylı fərmanı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı” adı  verilmişdir.

Samux rayonunun Əhmədbəyli kəndində dəfn edilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi