lider-media.az

Gəncədə də “RehaBus” xidmətinə başlanılıb

Baxış: 21400 Tarix: 20-10-2025, 16:07

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan uşaqlar üçün artıq Gəncə şəhərində də “RehaBus” xidmətinə başlanılıb.  

Gəncə şəhərində yaşayan və ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqlar bu xidmət çərçivəsində reabilitasiya avtobusu ilə həftənin iki günü ödənişsiz şəkildə Agentliyin Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırılırlar. Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.

“RehaBus” layihəsi əlilliyi olan uşaqlar üçün reabilitasiya xidmətlərinin əlçatanlığını artırmaq, onların sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.

Layihəyə ilk dəfə 2022-ci ildə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda başlanıb. Həmin şəhərlər və rayonda da əlilliyi olan uşaqlar (onları müşayiət edən yaxınları ilə birgə) reabilitasiya avtobusu ilə Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi