lider-media.az

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkili məsələləri müzakirə olunub

Baxış: 23699 Tarix: 20-10-2025, 14:36

Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi ilə bağlı hazırlıq işləri müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-yə səfəri zamanı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələr üzrə Müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib. Tədbir çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətlərin təmsilçiləri ilə dayanıqlı və inklüziv inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıq işləri və ümumi inkişaf məqsədləri üçün islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi