lider-media.az

Zəngilana köçürülmüş sakinlərdən 360 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Baxış: 21360 Tarix: 20-10-2025, 14:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Həmin sakinlərdən artıq 360 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:

•  323 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 29 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),

•   37 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi