lider-media.az

Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb 20.10.2025 [10:35] Çap et A+ A- Bakı, 20 oktyabr, AZƏRTAC Bu gün Zəngilan Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 oktyabr - Zəngilan Şəhəri Günü” adlı virtu

Baxış: 21298 Tarix: 20-10-2025, 10:49

Bu gün Zəngilan Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 oktyabr - Zəngilan Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Zəngilana Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə Zəngilan şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi