lider-media.az

20 Oktyabr – Energetiklər Günüdür

Baxış: 21338 Tarix: 20-10-2025, 10:37

Energetiklər günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 44 il əvvəl, 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük energetika müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasının birinci enerji bloku istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub.

Prezident cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 nömrəli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ölkəmizin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. Bununla əlaqədar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə vəsait ayrılıb.

Azərbaycan hazırda energetika ilə bağlı müxtəlif yeni lahiyələr hazırlayır. Eyni zamanda, elektrik stansiyaların gücünün daha da artırılması işlərini həyata keçirir. Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin yaratdığı xoş reallıqlardır.

Əziz Energetiklər, Sizi peşə bayramınız münasibətilə səmimi qəlbədən təbrik edirik, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi yolunda fədakar fəaliyyətinizə yeni-yeni uğurlar arzulayırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi