lider-media.az

"Birlik – 2025” birgə təlimi davam edir

Baxış: 28388 Tarix: 20-10-2025, 10:24

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir. 
Ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.
Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı  fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi