lider-media.az

İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib

Baxış: 32243 Tarix: 18-10-2025, 21:13

İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.

Qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd etdi. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını dedi.

Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi