lider-media.az

“ƏDLİYYƏ” MİNİFUTBOL KOMANDASI BEYNƏLXALQ YARIŞDA QALİB OLUB

Baxış: 31845 Tarix: 18-10-2025, 12:31

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib.

Bu barədə Lider-media.az-a  Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib.

Finalda Ədliyyə Nazirliyinin komandası 1:0 hesabı ilə qələbə qazanaraq Oyunların qalibi olub. 

Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi