lider-media.az

İnvestisiya layihələrinin monitorinqi ilə bağlı təlimlər keçirilib

Baxış: 21417 Tarix: 17-10-2025, 20:04

İqtisadiyyat Nazirliyində Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi ilə bağlı təlimlər keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları təsdiq edilib. Qaydalar Proqrama daxil edilən layihələr üzrə hesabatlılığın təmin olunmasını, monitorinqini, nəticələrinin qiymətləndirilməsini müəyyən edir.

Bu Qaydaların effektiv tətbiqi və icrası məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin Aparatı və tabeliyindəki qurumların, həmçinin digər sifarişçi dövlət orqanlarının, müəssisə və təşkilatların əməkdaşları üçün təlimlər keçirilib.

Təlimlərdə Qaydalar, eləcə də hesabat formalarının doldurulması ilə bağlı ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi