lider-media.az

Türkiyədə “Tıq-tıq xanım” və “Keçinin qisası” tamaşaları nümayiş olunub

Baxış: 380 Tarix: 15-05-2024, 18:25

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyə Respublikasının İğdır şəhərində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə K.Ağayevanın “Tıq-tıq xanım” və Ə.Abbasovun “Keçinin qisası” tamaşalarını nümayiş etdirib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və İğdır-Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutan, İğdır məktəbliləri tərəfindən izlənilən səhnə əsərləri Aras Peşə və Texniki Anadolu Liseyində təqdim olunub.

Tamaşadan əvvəl İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar və Naxçıvan Dövlət Kukla Teatrının direktoru, Xalq artisti Şirzad Abutalıbov ortaq mədəni irsimizin, folklorumuzun təbliği və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar.

Sonra tamaşalar nümayiş olunub. Xalq artisti Şirzad Abutalıbovun quruluş verdiyi “Tıq-tıq xanım” və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynovun quruluş verdiyi “Keçinin qisası” tamaşalarında Əfqanə Ələsgərova, İlqar Babayev, İbad Nəbiyev, İlham Babayev, Ulduz Süleymanova, Sənan Abutalıbov, Süleyman Süleymanov və digər aktyorlar rol alıb. Hər iki tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədovdur.

Tamaşalar balaca teatrsevərlərin alqışları ilə qarşılanıb.

Sonra yaradıcı heyətə diplom və təşəkkürnamələr təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi