lider-media.az

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub  

Baxış: 21543 Tarix: 17-10-2025, 12:13

b

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü qeyd olunub. Müvafiq dərslər çərçivəsində şagirdlərə Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumat verilib, Azərbaycanın dövlət müstəqilliyinin xalqımız üçün tarixi əhəmiyyətindən, ötən əsrin sonlarında müstəqillik uğrunda aparılan mücadilələrdən, həmin tarixi dövdə baş verən hadisələrdən danışılıb. Bildirilib ki, müstəqillik hər bir xalqın milli kimliyini, onun tarixi və mədəni varlığını təsdiqləyən dəyərdir və bu dəyərlərin qorunması hər kəsin vətəndaşlıq borcudur. Həmçinin vurğulanıb ki, gənclər xalqımızın azadlıq və müstəqillik uğrunda keçdiyi şanlı mübarizə yolunu daha dərindən öyrənməli, müstəqil Azərbaycanın daha da çiçəklənməsinə layiqli töhfələr verməlidirlər. 

Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ildönümünə həsr olunmuş dərslərdə müstəqillik tariximizdən bəhs edən videoçarxlar nümayiş etdirilib, şagirdlər Vətənə sevgi, torpağa məhəbbət ruhunda şeirlər söyləyiblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi