lider-media.az

FHN tərəfindən Oğuz Rayon İcra Hakimiyyətində “dəyirimi masa” keçirilib

Baxış: 23133 Tarix: 17-10-2025, 12:06

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi və Şimal-qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Oğuz Rayon İcra Hakimiyyətində “Fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkil” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə FHN-in Şimal-qərb Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Komissiyanın məsul işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

“Dəyirmi masa”da çıxış edən Nazirliyi Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyəti başcısının müavini Aliyə Osmanova fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıblar.

Tədbirdə Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, bu istiqamətdə icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı səmərəli fəaliyyətin vacibliyindən danışılıb.

Tədbirdə Şimal-qərb RM-nin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, suallar cavablandırılıb, geniş müzakirə aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi