lider-media.az

“Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının xüsusi buraxılışı çap edilib

Baxış: 21204 Tarix: 16-10-2025, 16:58

Baş redaktoru Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26), “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı nəşr edilib.

Jurnalın yeni sayında tanınmış alimlərin, vəkillərin, praktik hüquqşünasların, eləcə də doktorant və tələbələrin müəllifi olduqları, hüququn müxtəlif sahələri və istiqamətləri üzrə aktual mövzularda ümumilikdə 22 elmi məqalə redaksiya heyətinin və kənar rəyçilərin müsbət rəyindən keçərək nəşrə qəbul edilərək dərc olunub.


Qeyd edək ki, jurnalda dərc olunan hər bir elmi məqalə antiplagiat yoxlamasından keçirilib və DOI indeksi ilə açar sözlər, o cümlədən Azərbaycan, ingilis və rus dillərində geniş xülasələrlə nəşr edilib.


Bundan başqa, jurnalda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Qərarları və Vəkillər Kollegiyasının 2025-ci ilin iyun-avqust ayları üzrə müvafiq xəbərləri öz əksini tapıb.


Jurnalın elektron variantı aşağıdakı veb-saytda yerləşdirilib:


(https://academy-aba.az/login)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi