lider-media.az

İki şəhid qardaşın həyat hekayəsi

Baxış: 23524 Tarix: 16-10-2025, 16:52

2021/09/ALIAH-1632597932.jpg
Əslən Mingəçevirdən olan Əli Vətən müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qardaşı İslamla eyni gündə şəhidlik zirvəsinə ucalıb.

Əli İlqar oğlu Əhmədov 5 yanvar, 1993-cü ildə Mingəçevirdə anadan olub.Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibində 6 ay Əfqanıstanda xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuşu Əli Əhmədov torpaqlarımızın bütövlüyü uğrunda Vətən müharibəsi zamanı Ağdərə istiqamətində döyüşlərdə iştirak edib.

O, döyüşün ilk günü, sentyabrın 27-də Suqovuşan döyüşü zamanı şəhid olub. Sentyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Sağlığında "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalına layiq görülən Əli Əhmədov ölümündən sonra Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medallarıyla təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi