lider-media.az

Sosial xidmət müəssisələrində əlilliyi olan 289 uşaq daimi dövlət himayəsində yaşayır

Baxış: 21297 Tarix: 16-10-2025, 14:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində hazırda 289 uşaq daimi dövlət himayəsində yaşayır.

Onlardan 200-ü oğlan, 89-u qızdır. Bundan əlavə, 35 uşaq müəssisələrin yarımstasionar xidmətlərindən yararlanır.

Hər iki müəssisədə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi olan uşaqların sosial reabilitasiyalarının təşkili məqsədilə stasionar və yarımstasionar (günərzi) formada xidmətlər göstərilir. Xidmətlər uşaqların sosial reabilitasiyasına, gündəlik həyat bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına yönəlib.

Burada sakinlər daimi olaraq yaşamaqla qida, geyim və lazımi tibb xidməti ilə təmin olunublar. Uşaqlar müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmətlərə cəlb olunurlar, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir.

Uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fiziki tərbiyəsi və sair istiqamətlərdə də işlər aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi