lider-media.az

Bakı Metropoliteni aparıcı iqtisadçı vakansiyası elan edir

Baxış: 23207 Tarix: 16-10-2025, 14:28

Bakı Metropoliteni aparıcı iqtisadçı vakansiyası elan edir

Maliyyə departamenti – İqtisadi təhlil şöbəsi | Aparıcı iqtisadçı vakansiyası

Peşəkar komandamıza qoşulmaq üçün İqtisadi təhlil şöbəsinə Aparıcı iqtisadçı axtarırıq! 
Namizəd əməliyyat səmərəliliyinin artırılması, xərclərin optimallaşdırılması və analitik layihələrin idarə edilməsində mühüm rol oynayacaq.

Sizi hansı öhdəliklər gözləyir?
•    Əməliyyat səmərəliliyinin və xərclərin optimallaşdırılmasına yönəlmiş analitik layihələrin idarə olunması;
•    Məlumatların konsolidasiyası, iqtisadi modellərin hazırlanması və maya dəyəri (costing) çərçivələrinin qurulması;
•    İdarəetmə üçün əsas performans göstəricilərinin (KPI) hazırlanması və monitorinqi;
•    Rəhbərlik və aidiyyəti qurumlar üçün analitik təqdimatlar və hesabatların hazırlanması;
•    Büdcələşmə və performans izlənməsi sahəsində rəqəmsal transformasiya təşəbbüslərinə dəstək vermək.

Namizədlərdən tələblərimiz
•    İqtisadiyyat, maliyyə və ya riyaziyyat üzrə bakalavr və ya magistr dərəcəsi;
•    Minimum 3–5 il peşəkar təcrübə (iqtisadi və ya biznes təhlili sahəsində);
•    Cost modelləşdirilməsi, büdcələşmə, subsidiyanın hesablanması və nəqliyyat iqtisadiyyatı üzrə təcrübə;
•    Excel (advanced səviyyə), Power üzrə təcrübə;
•    Analitik nəticələri rəhbərliyə aydın formada təqdimetmə və kommunikasiya bacarıqları;
•    Yüksək səviyyədə ingilis dili biliyi;
•    ACCA MA/PM/APM və ya ekvivalent sertifikat üstünlükdür.

Metropoliten sizə nə təklif edir?
•    Sabit və etibarlı iş mühiti;
•    Peşəkar komandada inkişaf və karyera imkanları;
•    Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
•    Metropolitendən ödənişsiz istifadə imkanı;
•    Güzəştli nahar təminatı;
•    “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
•    Psixoloji dəstək xidməti.

Müraciət üçün
Bakı Metropoliteninin “[email protected]” e-mail ünvanına mövzu hissəsində "Aparıcı iqtisadçı" qeyd etməklə CV göndərə bilərsiniz.

Son müraciət tarixi:  31 oktyabr 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi