“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən soyutma avadanlıqlarının istehsalı layihəsi həyata keçiriləcək.
“Az Thermo King” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 19-a çatıb.
Yeni rezident tərəfindən Sənaye Parkının ərazisində il ərzində 5 növdə olmaqla 3700-dək soyutma avadanlıqları istehsal etmək gücündə olan müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 8 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||