lider-media.az

“II Yaşıl düşüncə maarifləndirmə proqramı”na start verilib

Baxış: 21185 Tarix: 15-10-2025, 11:27

Gənclərin ekoloji şüurunun formalaşmasına, ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin məsuliyyət hissinin gücləndirilməsinə dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”na start verilib.
Zəngin praktiki və nəzəri bilikləri özündə cəmləşdirən proqram çərçivəsində ümumilikdə 300-ə yaxın gənc qeydiyyatdan keçib, ilkin müsahibə mərhələsini uğurla keçən 70 nəfər iştirakçı proqrama seçilib.
İki ay davam edəcək proqrama ilkin tanışlıq sessiyası ilə start verilib, Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova gənclərə proqramın məqsədləri, mərhələləri və iştirak qaydaları barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Daha sonra Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva tərəfindən “Bioloji müxtəlifliyin qorunması və davamlı gələcək” mövzusunda təqdimat nümayiş etdirilib. Gənclərə ekosistemlərin əhəmiyyəti, biomüxtəlifliyin qorunmasının qlobal çağırışları, təbiətə məsuliyyətli yanaşmanın vacibliyi barədə ətraflı məlumatlar verilib, gənclərin sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi