Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib. İclasdan əvvəl Komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev arasında ikitərəfli görüş olub. Görüşdə strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın icrası, eləcə də enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.
İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qardaş və müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanı ortaq tarix, mədəniyyət və gələcəyə yönəlmiş strateji baxış birləşdirir. Nazir vurğulayıb ki, Prezidentlər cənab İlham Əliyev və cənab Kasım-Jomart Tokayevin siyasi iradəsi və müdrik rəhbərliyi nəticəsində ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə dinamik və davamlı inkişaf nümayiş etdirir. Qeyd edilib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon ABŞ dollarına çatıb, bu ilin ilk yarısında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 501 milyon ABŞ dolları təşkil edib. Nazir, enerji sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib: “2023-cü ildən indiyə qədər Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub. 2027-ci ilədək tranzit həcmlərinin illik 7 milyon tona çatdırılması və qarşılıqlı faydalı prinsiplər əsasında daha da artırılması imkanları nəzərdən keçirilir.”
“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsinin isə enerji tərəfdaşlığını gücləndirən və regional enerji təhlükəsizliyinə töhfə verən strateji rolu diqqətə çatdırılıb. Əlavə edilib ki, noyabrda məsləhətçi şirkətin seçimi başa çatdıqdan sonra layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq. Energetika naziri həmçinin bildirib ki, Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı sahəsində tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə və Zəngəzur dəhlizinin açılması perspektivləri də daxil olmaqla yeni imkanların birgə və səmərəli reallaşdırılmasına hazırdır.
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev isə çıxışında deyib: “Bu günkü danışıqlarımız konstruktiv, səmimi və əsl işgüzar atmosferdə keçdi. Biz Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş yüksək maraq, qarşılıqlı anlayış və etimad nümayiş etdirdik. İclas zamanı ticarət və sənaye əməkdaşlığından tutmuş nəqliyyat, energetika, rəqəmsallaşma və mədəniyyət sahələrinə qədər əməkdaşlığımızın müxtəlif istiqamətlərinə toxunan bir sıra məzmunlu ideya və təşəbbüslər səsləndirildi.”
Ötən il iki ölkə arasında tranzit daşımalarının ümumi həcminin 21 faiz artaraq 3,6 milyon ton təşkil etməsi müsbət qiymətləndirilib. Həmçinin Birgə İnvestisiya Fondunun Azərbaycanda və Qazaxıstanda prioritet infrastruktur və istehsal layihələrinə investisiyaların cəlb edilməsindəki əhəmiyyəti vurğulanıb. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və turizm sahələrində də əməkdaşlıqda müsbət dinamikanın müşahidə olunduğu, bir sıra birgə təşəbbüslərin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb. Müzakirələr zamanı ticari- iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, rəqəmsallaşma, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm və təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib, bir sıra istiqamətlər üzrə razılaşmalar əldə edilib.
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 22-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.




ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb