lider-media.az

Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində

Baxış: 31306 Tarix: 14-10-2025, 15:49

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatandan sonra tədbir iştirakçıları Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar. Burada Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri, eləcə də nümayəndə heyətlərinin üzvləri agentliyin fəaliyyəti ilə yaxından tanış olublar.

Qonaqlara agentliyin fəlakətlərin idarə olunması üzrə iş prinsipləri, fövqəladə hallara operativ reaksiya mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat edilib. Parlament sədrləri agentliyin işini yüksək qiymətləndirərək bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi