lider-media.az

“EkoKörpü — Azərbaycan — Qazaxıstan” adlı beynəlxalq ekoloji aksiya təşkil olunub

Baxış: 21241 Tarix: 14-10-2025, 15:39

Oktyabrın 11-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qazaxıstanın “Eko Mangistau” qeyri-hökumət təşkilatı, Atyrau Vətəndaş Mərkəzi və Qazaxıstan Milli Könüllülər Şəbəkəsinin birgə təşkilatçılığı ilə “EkoKörpü — Azərbaycan — Qazaxıstan” adlı beynəlxalq ekoloji aksiya təşkil olunub.
Aksiya çərçivəsində Bakı şəhərində könüllülər tərəfindən sahil zolağı plastik və digər tullantılarıdan təmizlənib.
Qeyd edək ki, eyni vaxtda Azərbaycanın Bakı və Lənkəran şəhərlərində, həmçinin Qazaxıstanın Aktau və Atırau şəhərlərində təşkil olunmuş, Xəzəryanı regionda ekoloji əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq könüllülük fəaliyyətinin təşviqinə və Xəzər dənizinin təmizliyinin qorunmasına xidmət edən aksiya sahil zolağının tullantılardan təmizlənməsi, ətraf mühitin mühafizəsi və ekoloji dəyərlərin təbliği məqsədilə həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi